Bank Of Baku

ADIF ləğv prosesində olan "Royal Bank"ın kreditorlarına müraciət edib

ADIF ləğv prosesində olan "Royal Bank"ın kreditorlarına müraciət edib
# 12 iyun 2019 11:02 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Royal Bank" ASC-nin kreditorlarına müraciət edib.

APA-Economics”in ADIF-ə istinadən verdiyi məlumata görə, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 18 iyun 2019-cu il tarixindən etibarən başlanacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

“Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər”, - deyə Fondun məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR