Bank Of Baku

"AFB Bank"da yeni təyinat olub

"AFB Bank"da yeni təyinat olub
# 24 sentyabr 2019 16:55 (UTC +04:00)

"AFB Bank"da yeni təyinat olub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Səfər Aslanov "AFB Bank"ın Marketinq departamentinə rəhbərlik edəcək.

Niderland Beynəlxalq Marketinq Akademiyası (NIMA) məzunu olan Səfər Aslanov daha öncə “Keepface” şirkətində Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə layihə meneceri, “Amapola” şirkətində Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb. Sonuncu iş yerində – “Auto Azerbaijan” şirkətində marketinq direktoru vəzifəsində çalışan Səfər Aslanov "AFB Bank"da yeni vəzifəsinin icrasına sentyabr ayından etibarən başlayıb.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC 2009-cu ilin fevral ayından etibarən fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR