Bank Of Baku

AİB: Bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 13,9%-nə bərabər olacaq

AİB: Bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 13,9%-nə bərabər olacaq
# 25 sentyabr 2019 15:11 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) 2019-2020-ci illər üzrə Azərbaycanda tədiyə balansının cari əməliyyatlar hesabında dair proqnozunu yeniləyib.

"APA-Economics"in AİB-in dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, əgər bundan öncə AİB 2019-cu ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-in 13,6%-i qədər profisitin olacağını proqnozlaşdırırdısa, yenilənmiş proqnoza əsasən, bu göstərici 13,9% təşkil edəcək.

Bank 2020-ci ildə isə bu göstərici 11,6% olacağını proqnozlaşdırır, halbuki bundan öncəki hesabatda AİB gələn il Azərbaycanda cari əməliyyatlar hesabında ÜDM-in 10,8%-i qədər profisitin olacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10%-i səviyyəsində olacağını proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR