Bank Of Baku

AİB Gürcüstanda inflyasiya üzrə proqnozunu artırıb

AİB Gürcüstanda inflyasiya üzrə proqnozunu artırıb
# 25 sentyabr 2019 11:51 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) 2019-cu ildə Gürcüstanda inflyasiyanın 4,3% olacağını proqnozlaşdırıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, qurumun əvvəlki proqnozunda inflyasiyanın builki səviyyəsi 3,2% olacağı bildirilirdi. Proqnozlara əsasən, 2020-ci ildə Gürcüstanda inflyasiya 3,5% olacaq, halbuki aprel ayında AİB bu göstəricinin 3% təşkil edəcəyini proqnozlaşdırırdı.

AİB-in hesabatında qeyd olunur ki, Gürcüstan, Qazaxıstan və Pakistanda milli valyutanın dəyərdən düşməsinin idxal olunan ərzaq məhsullarının və yanacağın qiymətinin artmasına səbəb olub.

“Gürcüstan Qazaxıstan və Rusiyadan ərzaq məhsullarının idxalından çox asılıdır. 2019-cu ilin ilk yeddi ayında Gürcüstanın milli valyutası Rusiya rubluna nisbətdə 17%-dən çox ucuzlaşıb ki, bu da buğda qiymətlərinin və nəqliyyat xərclərinin artmasına səbəb olub”, - deyə AİB-in hesabatında deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR