Avropa İttifaqı (Aİ) Gürcüstan-Rumıniya “Qara dəniz Interkonnektor Kabeli” layihəsini ümumi maraq doğuran layihə (PCI – Projects of Common Interest) və qarşılıqlı maraq layihəsi (PMI – Projects of Mutual Interest) siyahısına daxil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Avropa Komissiyasından bildirilib.
Məlumata görə, Komissiya transmilli enerji infrastrukturunun inkişafı məqsədilə 235 layihəyə PCI və PMI statusu verib. Həmin layihələr Aİ-nin “Connecting Europe Facility” (Avropanı Birləşdirən Mexanizm) çərçivəsində maliyyələşmə üçün müraciət edə biləcək və icazə-tənzimləmə proseslərinin sürətləndirilməsi kimi üstünlüklərdən yararlanacaq.
Qeyd edək ki, Gürcüstan-Rumıniya “Qara dəniz Interkonnektor Kabeli” layihəsi “Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin tərkib hissəsi ola bilər.