Bank Of Baku

AKB yeni layihəyə start verib

AKB yeni layihəyə start verib
# 26 sentyabr 2019 16:09 (UTC +04:00)

Azərbaycan Kredit Bürosunda (AKB) yeni skorinq xidmətinin hazırlanmasına başlanılıb.

AKB-dən “APA-Economics”ə verilən məlumata görə, yeni skorinq modelinin hazırlanması Türkiyənin “Kredi Kayıt Bürosu”nun (KKB) komandası tərəfindən AKB ilə birgə həyata keçirilir. Bununla bağlı adıçəkilən təşkilatla 1 avqust 2019-cu il tarixində müqavilə imzalanıb. KKB-nin mütəxəssislərindən ibarət komanda heyəti sentyabr ayından AKB-də müvafiq işlərə başlayıb.

Yeni xidmət AKB-də kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalan davranışlarının öyrənilməsini, əldə edilən nəticələr əsasında fərdi reytinqlər üzrə modelin hazırlanması və tətbiqini nəzərdə tutur. Həyata keçirilən layihə kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsi, əməliyyat xərclərinə qənaət edilməsi, kredit risklərinin azaldılması, habelə borcalanların maliyyə intizamının möhkəmləndirilməsinə xidmət edəcək.

Layihə planına əsasən, müvafiq xidmət 2020-ci ilin aprel ayından etibarən istifadəyə veriləcək. Bu xidmətdən AKB-yə üzv təşkilatlarla yanaşı, kredit tarixçəsi subyektləri də istifadə edə biləcəklər.

Qeyd edək ki, KKB Türkiyənin qabaqcıl 9 bankı tərəfindən 1995-ci ildə təsis edilib. Türkiyə bazarında uğurla istifadə edilən skorinq modelləri KKB-nin müvafiq komandası tərəfindən hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR