Allianz: Qlobal sığorta sənayesi 5,6 trln. avronu ötüb

Allianz: Qlobal sığorta sənayesi 5,6 trln. avronu ötüb
# 06 iyun 2023 11:39 (UTC +04:00)

2022-ci ildə dünyada həyat, sağlamlıq, əmlak və bədbəxt hadisələr (P&C) üzrə sığorta yığımları 5,6 trilyon avrodan çox olub. Bununla qlobal sığortaçılar yeni rekorda imza atıblar.

"APA-Economics" xəbər verir ki, bu barədə Almaniyanın sığorta nəhəngi "Allianz"ın hazırladığı "Global Sığorta Hesabatı"nda bildirilib. Hesabata görə, sığorta yığımlarının həcmi 2021-ci illə müqayisədə 4,9% çoxdur. Həyat sığortası sahəsində 2022-ci ildə mükafat artımı 2,4% (2,6 trilyon avroya qədər), tibbi sığorta - 4,9% (1,1 trilyon avroya qədər), bədbəxt hadisələrdən sığorta üzrə - 8,7% (1,8 trilyon avroya qədər) təşkil edib. Hər üç seqmentdə canlanma əsasən ABŞ-da müşahidə edilib. Qərbi Avropa və Asiyanın bir çox ölkələrində “həyat sığortası bazarının dinamikası məyusedici olub”, hesabatda deyilir.

Allianz növbəti onillikdə qlobal sığorta haqlarının orta hesabla ildə 5,2%, o cümlədən həyat sığortası seqmentində 4,7%, tibbi sığortada 6,7%, P&C-də 5% artacağını proqnozlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR