Bank Of Baku

Almaniyada inflyasiyanın artım tempi 27 illik maksimuma çatıb

Almaniyada inflyasiyanın artım tempi 27 illik maksimuma çatıb
# 10 sentyabr 2021 11:05 (UTC +04:00)

Almaniyada istehlakçı qiymətləri avqust ayında 3,9% artıb. Bu, 27 ilin ən yüksək artım tempidir.

"APA-Economics"in məlumatına görə, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin ("Destatis") açıqlamasında deyilir.

Qeyd olunur ki, aylıq inflyasiya sıfıra bərabər olub.

İyul ayında Almaniyada istehlak qiymətləri illik müqayisədə 3,8%, aylıq ifadədə isə 0,9% artıb.

Yüksək artım templəri müqayisə bazası ilə əlaqədardır. Belə ki, 2020-ci ildə ƏDV və ucuz neft məhsullarının müvəqqəti ləğv edilməsi səbəbindən qiymətlər daha aşağı idi.

Almaniyada keçən ay enerji qiymətləri illik ifadədə 12,6% (iyul ayında – 11,6%), ərzaq məhsullarının qiymətləri isə 4,6% (4,3%) artıb.

Avqust ayında xidmətlər 2,5% (bir ay əvvəl 2,2%), mallar isə 5,6% (5,4%) bahalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR