2024-cü ilin ilk yarısında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 2,6 milyard dollar (2 dəfə az) təşkil edib.
"APA-Economics" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
Onun sözlərinə görə, cari əməliyyatlar hesabının ÜDM-də payı 7,5 %-ni təşkil edib. Neft-qaz sektoru üzrə CƏH-in profisiti 6,9 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 4,3 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, Mərkəzi Bank və beynəlxalq maliyyə təşkilatları 2024-cü ilin yekunu üzrə Azərbaycanda cari əməliyyatlar hesabının profisitli olacağını proqnozlaşdırır.