Bank Of Baku

AMB-nin sədr müavini: Maliyyə sektorunda de-dollarizasiya trendi davam edir

AMB-nin sədr müavini: Maliyyə sektorunda de-dollarizasiya trendi davam edir
# 07 mart 2024 12:24 (UTC +04:00)

Maliyyə sektorunda və iqtisadiyyatda ciddi de-dollarizasiya prosesi trendi davam edir. 2023-cü ildə də bunun sürətlə davam etdiyi müşahidə edilib.
APA-Economics”in xəbərinə görə, bunu Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu həm də bank sektorunun öhdəlikləri, yəni kredit portfeli üzrə müşahidə edilib.

“Bank sektorunun aktivlərinin keyfiyyəti yaxşıdır və yaxşılaşmaqda davam edir. Ötən il maliyyə sektorunun aktivləri 5 faiz artaraq 52 milyard manata çatıb. Hesabat dövründə bankların kredit portfeli 18 faiz artıb, kapitalın adekvatlıq göstəriciləri 20 faiz təşkil edib ki, minimum tələbi 2 dəfə üstələyir”- AMB-nin sədr müavini qeyd edib.

Rəşad Orucov görülmüş işlər nəticəsində biznes mühitində maliyyə əlçatanlığının artdığını, maliyyə xidmətlərinin rəqəmsallaşmasının genişləndirildiyini vurğulayıb: “ Ötən il həyata keçirilmiş təşəbbüslərin başlıca məqsədi maliyyə institutlarının dayanıqlığının artırılması, elektron ödənişlərin genişləndirilməsi, kredit informasiya infrastrukturunun təkmilləşdirilməsi, kapital bazarlarının genişləndirilməsi, habelə yaşıl maliyyə üzrə ekosistemin formalaşdırılması olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR