Azərbaycanda uçot faiz dərəcəsinin endirilməsi müəyyən dərəcədə transmissiya mexanizminin işləməsinə imkan yaradıb.
“APA-Economics" in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bütünlüklə, istehlak kreditlərini nəzərə almayaraq, biznes kreditlərin verilməsi faiz dərəcəsinin ətrafında formalaşır: "Əhalinin əmanətləri üzrə faiz dərəcələri də bizim faiz dərəcələri dəhlizində formalaşmaqdadır. O cümlədən dövlət qiymətli kağızları, Mərkəzi Bankın notları və depozitləri üzrə faiz dərəcələri də məhz bu uçot dərəcəsinin ətrafında formalaşmaqda davam edir".
Qeyd edək ki, bu ilin sentyabrın 13-də AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8,25%-dən 8%-ə endirilməsi haqda qərar qəbul edib.