Azərbaycanda nağd vəsaitlərin saxtalaşdırılmasına qarşı mübarizədə bankların payı açıqlanıb.
“APA-Economics” xəbər verir ki,"Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı bu barədə məlumat verib.
Bildirib ki, 2019-2022-ci illərdə nağd vəsaitlərin saxtlaşadırılmasına qarşı mübarizə tədbirlərində ən böyük paya “Kapital Bank” sahib olub - 28%.
“Access Bank” üzrə bu göstərici 20%, “Unibank” 14%, “Expressbank” 10%, “Bank Respublika” 5%, ABB 3%, “Yelo Bank” üzrə isə 2% təşkil edib. Nağd vəsaitlərin saxtlaşadırılmasına qarşı mübarizədə digər 18 bankın payı 18%-ə bərabər olub.