2025-ci il üçün neftin 1 barelinin orta qiymətinin 68.6 ABŞ dolları, qazın 1000 kubmetrinin isə 299 dollar olacağı proqnozlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu ilin sonunda cari əməliyyatlar balansının profisiti 3.6-4 milyard ABŞ dolları ərtafında formalaşacaq.
“Növbəti il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64.6 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 290 ABŞ dolları olacağı proqnozlaşdırılır. Bunun nəticəsi olaraq 2026-ci ilin sonunda cari əməliyyatlar balansının profisitinin 3,5 milyard ABŞ dolları olacağı gözlənilir”-deyə Taleh Kazımov qeyd edib.