Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə pul siyasəti qərarlarının açıqlanması qrafikinə dəyişiklik edib.
"APA-Economics" xəbər verir ki, növbəti faiz dəhlizinin parametrləri ilə bağlı qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilməsi tarixi dəyişdirilib.
Belə ki, qərarın açıqlanması və mətbuat konfransının keçirilməsi 2026-cı il noyabrın 4-dən oktyabrın 29-na keçirilib.
AMB-nin məlumatına görə, həmin tarixdə ekspertlərlə görüşün də təşkili nəzərdə tutulur.