Bank Of Baku

AMB “Viator Mikro Kredit Azərbaycan”ı və vəzifəli şəxsini cərimələyib

AMB “Viator Mikro Kredit Azərbaycan”ı və vəzifəli şəxsini cərimələyib
# 04 avqust 2025 12:39 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) “Viator Mikro Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini cərimələyib.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən BOKT və onun vəzifəli şəxsi Gəncə Şəhər Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR