Bank Of Baku

AMB: Xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirak üzrə müraciətlərin qəbulu başlayıb

AMB: Xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirak üzrə müraciətlərin qəbulu başlayıb
# 25 iyun 2026 12:06 (UTC +04:00)

İnnovativ maliyyə məhsul və xidmətlərinin Mərkəzi Bankın nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb.

Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildirilib ki, bu mərhələdə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən innovativ məhsul və xidmətlərin sınaqdan keçirilməsi üçün müraciətlərin qəbulu həyata keçiriləcək. Qəbul prosesi 2 ay müddətində açıq olacaq. Müraciətlər 25 avqust 2026-cı il tarixinədək qəbul ediləcək.

Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, xüsusi tənzimləmə rejimi ölkədə innovativ maliyyə həllərinin inkişafını, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini, eləcə də maliyyə bazarının daha şəffaf və səmərəli şəkildə inkişafını dəstəkləməyi hədəfləyir.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkündür.

Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etməyiniz xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR