Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə istifadədə olunan yararsız pul nişanlarının dövriyyədən çıxarılmasına dair qaydaları bankın təmiz pul siyasəti çərçivəsində hazırlanıb. "APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu tədbirlərin keçirilməsi təmiz pul siyasətinin daha da sərtləşdirilməsi və pulların daşınma zamanı təhlükəsizliyi daha da gücləndirilməsi məqsədini daşıyır.
Qeyd olunub ki, qaydalar artıq bank ictimaiyyətinə, ekspertlərə və Maliyyə Bazarlar Nəzarət Palatasına təqdim edilib və AMB onların rəy və təkliflərini gözləyir.