Bank Of Baku

"Anglo Asian Mining" bu il qızıl külçə satışını kəskin artırıb

"Anglo Asian Mining" bu il qızıl külçə satışını kəskin artırıb
# 14 aprel 2022 14:22 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc" bu ilin I rübündə 14,316 mln. ABŞ dolları dəyərində 7 519 unsiya qızıl külçəsi satıb.

"APA-Economics"in şirkətin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni rübü ilə müqayisədə dəyər ifadəsində 49,7%, həcm ifadəsində isə 33,4% çoxdur. Bu il satılan qızıl külçələrin 1 unsiyasının orta qiyməti 1 904 dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.

Qeyd edək ki, ötən il şirkət 71,176 mln. dollar dəyərində 39 563 unsiya qızıl külçəsi satmışdı ki, bu da illik müqayisədə 17,7% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR