Bank Of Baku

ARDNF-dən büdcəyə transfertlər ilkin variantla müqayisədə 85 mln. manat artırılıb

ARDNF-dən büdcəyə transfertlər ilkin variantla müqayisədə 85 mln. manat artırılıb
# 17 oktyabr 2025 20:23 (UTC +04:00)

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 12 milyard 835 milyon manat proqnozlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, Maliyyə Nazirliyinin dərc etdiyi "2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama"da bu göstərici 12 milyard 750 milyon göstərilmişdi.

Beləliklə ARDNF-dən dövlət büdcəsinə transfertin proqnozlaşdırılan həcmi ilkin variantla müqayisədə 85 milyon manat artırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR