Bank Of Baku

ARDNF-in büdcəyə transferləri I rübdə proqnozdan 423 mln. manat az icra olunub

ARDNF-in büdcəyə transferləri I rübdə proqnozdan 423 mln. manat az icra olunub
# 13 aprel 2022 09:51 (UTC +04:00)

Bu ilin I rübündə dövlət büdcəsinə daxilolmalar üzrə proqnoz göstəriciləri Dövlət Vergi Xidməti üzrə 539 mln. manat və yaxud 23,8%, Dövlət Gömrük Komitəsi xətti ilə isə 236 mln. manat və yaxud 23,7% üstələməklə icra edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov Prezidentin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib. Onun sözlərinə görə, sosial sığorta haqları üzrə 961 mln. manat proqnoza qarşı 1,041 mlrd. manat icra təmin edilib.

Nazir qeyd edib ki, Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması ilə icra edilməsinin böyük hissəsi, yəni, 90%-ə yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır və nəticədə qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80%-dən yuxarı, ümumi daxilolmaların, vergi üzrə ümumi daxilolmaların 80%-dən yuxarı hissəsini təşkil edib.

"Belə vəziyyətdə Dövlət Neft Fondunun dövlət büdcəsinə nəzərdə tutulan transferləri 3,180 mlrd. manata qarşı 2,757 mlrd. manat icra olunmuşdur, yəni, 423 mln. manat az. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin icra göstəriciləri olduqca yüksək idi", - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR