Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 4 696,7 mln. manat və ya altı aylıq proqnozla nəzərdə tutulduğundan 1 403,2 mln. manat (23%) az vəsait daxil olub.
"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,2% azdır.