Bank Of Baku

Asiya İnkişaf Bankı regionda elektrik şəbəkələri üçün 50 mlrd. dollar ayıracaq

Masato Kanda Asiya İnkişaf Bankının prezidenti

© APA | Masato Kanda Asiya İnkişaf Bankının prezidenti

# 05 may 2026 17:03 (UTC +04:00)

Asiya İnkişaf Bankı (ADB) 2035-ci ilə qədər sərhədlərarası elektrik şəbəkələrinin qurulması üçün 50 milyard dollar vəsait cəlb etməyi planlaşdırır.

APA-Economics” xəbər verir ki, bunu bankın prezidenti Masato Kanda ADB-nin 59-cu İllik Toplantısı çərçivəsində Pan-Asiya Elektrik Şəbəkəsi Təşəbbüsü üzrə qubernatorların seminarında bildirib.

Onun sözlərinə görə, Pan-Asiya Elektrik Şəbəkəsi Təşəbbüsü (PAGI) çərçivəsində enerji xərclərinin azaldılması, elektrik təchizatının etibarlılığının artırılması və təmiz enerji ticarətinin genişləndirilməsi hədəflənir.

Qeyd edilib ki, təşəbbüs 2035-ci ilə qədər 20 giqavat bərpa olunan enerji gücünün inteqrasiyasını, 22 min km ötürücü xətlərin birləşdirilməsini, 200 milyon insanın enerji çıxışının yaxşılaşdırılmasını və 840 min yeni iş yerinin yaradılmasını nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR