Noyabrın 23-ü saat 12:00-da "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, yığıncağın gündəliyinə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi məsələsi daxil edilib.
Qeyd edək ki, yığıncaq Bakı şəhəri, C. Məmmədquluzadə küç. 85; 192/193 ünvanında yerləşən Bankın inzibati binasında baş tutacaq.