“Atəşgah” Sığorta Şirkəti ASC müştərilərinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək və müxtəlif ehtiyaclara uyğun
həllər təqdim etmək məqsədilə “Referans” klinikalar şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış xüsusi tibbi paketləri müştərilərinə təqdim edir.
Əməkdaşlıq çərçivəsində təqdim olunan tibbi paketlər müxtəlif yaş qruplarından olan şəxslərin keyfiyyətli tibbi xidmətlərdən daha rahat və əlçatan şəkildə yararlanmasına dəstək olmaq məqsədi daşıyır.
Müştərilərin ödəniş imkanları da nəzərə alınaraq, BirKart və TamKart vasitəsilə ödəniş zamanı sığorta haqqını 6 aya qədər hissəli şəkildə ödəmək mümkündür.
Tibbi paketlər, onların əhatə dairəsi və şərtləri barədə ətraflı məlumat əldə etmək üçün “Atəşgah” Sığortanın “940” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq kifayətdir.