Avropa Mərkəzi Bankı uçot dərəcəsini endirib

Avropa Mərkəzi Bankı uçot dərəcəsini endirib
# 12 sentyabr 2024 16:32 (UTC +04:00)

Avropa Mərkəzi Bankı (ECB) tarixi maksimumlarda olan uçot faiz dərəcəsini 0.25 baza bəndi azaldıb.

"APA-Economics" bu barədə banka istinadən xəbər verir. Məlumata görə, uçot dərəcəsi 4.25 faizdən 3.65 faizə endirilib. ECB-nin İdarə Heyəti həmçinin, depozit faizlərini 3.75 faizdən 3.50 faizə kimi azaldıb.

ECB qeyd edib ki, buna səbəb inflyasiyanın tədricən aşağı düşməsi və hədəf diapozonuna yaxınlaşmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR