Bank Of Baku

Avrozonada istehsalçı qiymətlərinin artımı tarixi maksimuma çatıb

Avrozonada istehsalçı qiymətlərinin artımı tarixi maksimuma çatıb
# 06 aprel 2022 16:23 (UTC +04:00)

Bu ilin fevral ayında avro zonasında istehsalçı qiymətləri (PPI indeksi) əvvəlki ayla müqayisədə 1,1% artıb. Yanvarda artım 5,1% səviyyəsində olub.

APA-Economics”in “Eurostat”a istinadən verdiyi məlumata görə, illik ifadədə fevralda qiymət artımı 31,4% təşkil edib, bu da artım göstəricisinin hesablanması tarixində ən yüksək səviyyədir.

Avropa İttifaqı ölkələrində istehsalçı qiymətlərində (yanvarda 5% artım olub) fevral ayında 1,1% artım müşahidə olunub, illik ifadədə isə qiymətlər 31,1% artıb.

Ay ərzində sənaye istehsalçılarının qiymətlərində ən çox artım Slovakiya (13,6%), Sloveniya (5,7%) və Yunanıstanda (4,8%) qeydə alınıb. İrlandiyada (-8,1%), Finlandiyada (-0,5%), Latviyada (-0,3%) və Bolqarıstanda (-0,1%) azalmalar müşahidə olunub.

Bütün Aİ ölkələrində də istehsalçı qiymətlə illik ifadədə artıb. Sənaye istehsalçılarının qiymətlərində ən çox artım İrlandiyada (63,4%), Rumıniyada (57,7%) və Danimarkada (53,8%) qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR