Bank Of Baku

AYİB Şimal-Cənub nəqliyyat dəhlizində tunelin tikintisinə Gürcüstana 60 mln. dollar ayırıb

AYİB Şimal-Cənub nəqliyyat dəhlizində tunelin tikintisinə Gürcüstana 60 mln. dollar ayırıb
# 03 oktyabr 2019 11:52 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şimal-Cənub nəqliyyat dəhlizində yerləşən Kveşeti-Kobi magistral yolu üzərində 9 km uzunluğunda tunelin birgə inşası üçün Gürcüstana hökumətinə 60 mln. ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılmasını təsdiqləyib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Yollar İdarəsi məlumat paylaşıb.

Bildirilib ki, Kveşeti-Kobi magistral yolunun və tunelin inşası üçün Asiya İnkişaf Bankı (AİB) 415 mln. dollar ayırıb. Layihədə dövlətin birgə maliyyələşdirməsi isə 83,6 mln. dollar təşkil edəcək.

Yol üzərində ümumilikdə 6 körpü və 5 tunelin tikintisi planlaşdırılır. 9 km uzunluğunda olan tunelin eni 15 metr təşkil edəcək, uzunluğuna görə isə o, Qafqazda ən uzun tunel statusuna sahib olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR