Bank Of Baku

AYİB Ukraynanın sürətli şəkildə bərpa olunacağına inanır

AYİB Ukraynanın sürətli şəkildə bərpa olunacağına inanır
# 16 noyabr 2023 11:35 (UTC +04:00)

Ukraynanın sürətli şəkildə bərpa olunacağına inanıram.

APA-Economics” xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının iqlim strategiyası və regional paylanma departamentinin müdiri Konstantin Kintsuraşvili “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı deyib.

Dayanıqlı İnkişaf Məqsədlərinin rolundan danışan Konstantin Kintsyraşvili qeyd edib ki, mümkün qədər daha tez bərpa olunan enerji mənbələrinə keçid olunmalıdır: “Bundan başqa, xəttidən dairəvi iqtisadiyyata keçid etməliyik. Yaşıl elektrik ucuzdur. Yaşıl elektrik geniş miqyasda tətbiq edilməlidir”.

DİM-lə bağlı Azərbaycanın roluna toxunan Kintsyraşvili bildirib ki, ölkəmiz tərəfindən bu layihələr uğurla icra edilir: “Düşünürəm ki, Azərbaycanın bu layihələri regionda etalon rolunu oynayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR