Oktyabr ayının ötən dövründə Azərbaycan bankları öz aralarında 1426 milyon manat məbləğində 124 əqd bağlayıb. Bu isə sentyabr ayı ilə müqayisədə 80,9% çoxdur.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında sentyabr ayında 788 mln. manat məbləğində 69 ədəd əqd bağlanıb.
Bildirilib ki, oktyabrda bağlanmış əqdlərin 97%-i qısa müddətlidir (1-3 günlük). Banklararası REPO bazarında isə sentyabrda 48 mln. manatlıq 21 əqd, oktyabrın ötən dövründə isə 65 mln. manat məbləğində 20 əqd baş tutub.