Bank Of Baku

Azərbaycan banklarının nağd valyuta ticarəti 2,6 milyard dollara çatıb

Azərbaycan banklarının nağd valyuta ticarəti 2,6 milyard dollara çatıb
# 22 avqust 2022 10:59 (UTC +04:00)

2022-ci ilin ilk yarısında Azərbaycan manatının xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Qeyd edilib ki, hesabat dövründə tədiyyə balansının yaxşılaşması valyuta bazarında təklifi və beləliklə qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyib.

Hesabat dövründə valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artım istiqamətində dəyişmişdir

I rübdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların məbləği əvvəlki ilə nisbətən 20% artaraq 14,6 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 84,9%-i dollarda, 15,1%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,4%-i banklararası valyuta bazarında (BVB), 71,6%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Hesabat dövründə BVB-də əməliyyatların dəyəri 4,2 milyard dollar ekvivalentində olmaqla ötən ilin eyni dövrünə nəzərən 16,7% artıb. Bu seqmentdə əməliyyatların 98,7%-i dollarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının dəyəri 10,5 milyard dollar ekvivalentində olub ki, bu da ötən ilin eyni dövrünə nəzərən 22,1% çoxdur. Əməliyyatların 79,4%-ni dollarla əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,1%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri illik müqayisədə 38,2 artaraq 2,6 milyard dollar ekvivalentində olub. Bunun 87,6%-ni dollarla aparılmış əməliyyatlar təşkil edib.

I rübdə baş verən yüksək satışlar hesabına nağd xarici valyutanın xalis satışı 6 ayda ötən ilin müvafiq dövrünə nəzərən 40,8% artıb. Bununla belə aprel, may və iyun aylarında vəziyyət dəyişmiş və banklar tərəfindən xarici valyutanın alışı satışı üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR