Azərbaycanın bank sektoru 2022-ci ilin yanvar-iyul aylarını 492.6 milyon manat xalis mənfəət ilə başa vurub.
Bu barədə "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrünə nisbətən bankların xalis mənfəəti 20,5% artıb.
Qeyd edək ki, 2021-ci ilin eyni dövründə Azərbaycan bankları 408.9 milyon manat xalis mənfəət açıqlamışdı.