Azərbaycan Beynəlxalq Bankı (ABB) 5 oktyabr – Müəllimlər günü münasibətilə yeni kredit kampaniyasını elan edib.
ABB-dən “APA-Economics”ə verilən məlumata görə, bankın əmək haqqı kartına malik hər bir təhsil işçisi kampaniya müddətində nağd 20 min manatadək pul kreditini endirimli şərtlərlə ala bilər.
Kampaniyanın şərtlərinə görə, kreditin müddəti – 48 ayadək, illik faiz dərəcəsi – 18%-dən başlayaraq komissiyasız verilir. Kampaniya 3-10 oktyabr tarixlərini əhatə edir.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, bankın IBAm mobil əlavəsi, yaxud ABB-nın “28 Mall” və “Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.