Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı Mərdəkan şöbəsini yeniləyib

Azərbaycan Beynəlxalq Bankı Mərdəkan şöbəsini yeniləyib
# 27 sentyabr 2019 14:37 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının (ABB) Mərdəkan şöbəsinin binası əsaslı təmir və yenidənqurmadan sonra müştərilərin istifadəsinə verilib.

ABB-dən “APA-Economics”ə verilən məlumata görə, bankın Mərdəkan şöbəsi Mərdəkan qəsəbəsi, Almaz İldırım küçəsi, 8A ünvanında xidmət göstərir. Bankın vahid korporativ üslubuna uyğunlaşdırılaraq müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Fərdi və korporativ müştərilər ABB-nin Mərdəkan şöbəsində kassa-hesablaşma əməliyyatları, pul köçürmələri, əmanətlər, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.

“Filial və şöbələrimizin yenilənməsi prosesi davam etdirilir. Yenilənmə tədbirləri bankın bir çox xidmət ofislərini də əhatə edəcək. Məqsədimiz müştərilərimiz üçün ən yüksək xidmət səviyyəsini təmin etmək, onların məmnunluğuna nail olmaqdır”, - ABB-ın Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib.

ABB-ın məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR