Bank Of Baku

Azərbaycan büdcəsinə vergi və rüsümlardan 12,8 mlrd. manatdan çox daxil olub

Azərbaycan büdcəsinə vergi və rüsümlardan 12,8 mlrd. manatdan çox daxil olub
# 21 yanvar 2022 12:06 (UTC +04:00)

2021-ci ildə Azərbaycan dövlət büdcəsinə Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi üzrə müvafiq olaraq 8,531 mlrd. manat və 4,343 mlrd. manat daxil olub.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, vergi orqanlarının xətti ilə daxilolmaların həcmi 2020-ci il ilə müqayisədə 15,5%, gömrük orqanlarının xətti ilə daxilolmaların həcmi isə illik müqayisədə 10,3% artıb.

Nəticədə, ötən il büdcəyə vergi və rüsümlardan 12,874 mlrd. manat daxil olub ki, bu da 2020-ci il ilə müqayisədə 13,7% çoxdur.

Qeyd edək ki, Maliyyə Nazirliyinin 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrinə görə, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinə Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi üzrə müvafiq olaraq 8,820 mlrd. manat və 4,260 mlrd. manat daxil olacağı proqnozlaşdırılır. Nəticədə, 2022-ci ildə ümumilikdə vergi və rüsümlardan 13,026 mlrd. manat vəsaitin dövlət büdcəsinə daxil olacağı nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR