Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 207,3 mln. ABŞ dolları dəyərində 11 183,7 ton əczaçılıq məhsulları idxal edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin doqquz ayında ölkəyə idxal olunan əczaçılıq məhsullarının dəyəri 14,5 mln. dollar və ya 6,5%, həcmi isə 1 198,9 ton və ya 9,7% azalıb.
Qeyd edək ki, hesabat dövründfə əczaçılıq məhsullarının ümumi idxaldakı payı 2% təşkil edib. Bu göstərici illik müqayisədə 0,81 faiz bəndi azalıb.
Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarında ölkədə əczaçılıq məhsullarının istehsalı 12,6% artıb.