Azərbaycan əhalisi ərzaq xərclərini artırıb

Azərbaycan əhalisi ərzaq xərclərini artırıb
# 10 sentyabr 2021 15:21 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 12,969 mlrd. manat vəsait xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6% çoxdur.

Təkcə avqust ayında əhali ərzaq məhsullarına 1,793 mlrd. manat xərcləyib ki, bu da iyul ayı ilə müqayisədə 0,5% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49%-ini ərzaq məhsullarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR