Bu ilin yanvarın 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 9 241,5 mln. manat təşkil edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 2,1%, ötən ilin əvvəlindən isə 13% artıb.