Bu ilin avqust ayında Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 8 456,9 mln. manat təşkil edib.
“APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, ay ərzində fiziki şəxslərin müddətli əmanətləri 1,5% (79,7 mln. manat) artaraq 31 avqust 2019-cu il tarixinə 5 437,1 mln. manat olub. Əvvəlki ayla müqayisədə fiziki şəxslərin xarici valyutada müddətli əmanətləri 0,8% (24,8 mln. manat), milli valyutada isə 2,3% (54,9 mln. manat) artıb.
Hüquqi şəxslərin cəmi depozitləri avqust ayında 0,3% (30,3 mln. manat) artaraq 10 603,4 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 1,3% (32,2 mln. manat) artaraq 2 543,0 mln. manat təşkil edib.