Bank Of Baku

Azərbaycan iqtisadiyyatına bu il 1,4 mlrd. manatadək investisiya qoyulub

Azərbaycan iqtisadiyyatına bu il 1,4 mlrd. manatadək investisiya qoyulub
# 11 mart 2022 12:06 (UTC +04:00)

2022-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1 339,7 mln. manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilmişdir.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,2% azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,1% artmışdır. İstifadə olunmuş vəsaitin 984,3 mln. manatı və ya 73,5%-i məhsul istehsalı sahələrinə, 240,6 mln. manatı (17,9%-i) xidmət sahələrinə, 114,8 mln. manatı (8,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 779,5 mln. manatını və ya 58,2 %ini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 815,9 mln. manatı və ya 60,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 75%, büdcə vəsaitləri 10,4%, əhalinin şəxsi vəsaitləri 9,4%, sair vəsaitlər 4,7%, bank kreditləri isə 0,5% təşkil etmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR