Bank Of Baku

"Azərbaycan Mikro-Kredit” BOKT-un vəzifəli şəxsi 10 min manat cərimə edilib

"Azərbaycan Mikro-Kredit” BOKT-un vəzifəli şəxsi 10 min manat cərimə edilib
# 01 dekabr 2025 11:29 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Mikro-Kredit” BOKT ASC-nin vəzifəli şəxsini 10 min manat cərimə edib.

Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Azərbaycan Mikro-Kredit” Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi 10 min manat məbləğində cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR