Bank Of Baku

Azərbaycan neftinin qiyməti yenidən 68 dolları ötüb

Azərbaycan neftinin qiyməti yenidən 68 dolları ötüb
# 09 sentyabr 2025 09:21 (UTC +04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,83 ABŞ dolları və ya 1,2% artaraq 68,31 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,48 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR