Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Tacikistan Milli Bankının sədri Xoliqzoda Hokim Hikmatullo ilə görüşüb.
“APA-Economics” xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov “Twitter” hesabında paylaşım edib.
“Tacikistan Milli Bankının sədri Xoliqzoda Hokim Hikmatullo ilə görüşdük. Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətlərini müzakirə etdik”, - paylaşımda bildirilib.
Görüşdə həmçinin makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, sığorta sistemindəki islahatlar və digər mövzularda fikir mübadiləsi aparılıb.