Bank Of Baku

Azərbaycan və “Visa” elektron ödənişlərin stimullaşdırılması üzrə birgə layihələr keçirə bilər

Azərbaycan və “Visa” elektron ödənişlərin stimullaşdırılması üzrə birgə layihələr keçirə bilər
# 24 iyul 2019 15:10 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə “Visa Inc.” beynəlxalq kart təşkilatının Qafqaz, Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərq Avropa regionu üzrə baş meneceri Kristina Doroşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

APA-Economics”in MBNP-yə istinadən verdiyi məlumata görə, görüş zamanı Palata tərəfindən “Visa Inc.” beynəlxalq kart təşkilatının brendini daşıyan ödəniş kartları ilə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində ödəniş əməliyyatlarının aparılmasının dayandırılması ilə ölkənin suverenliyinin və ərazi bütövlüyünün gözlənilməsi, beynəlxalq hüquqi normaların tələblərinə əməl edilməsi diqqətə çatdırılıb.

Görüşdə “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən təqdim edilən yeni məhsul və xidmətlər, ödəniş kartları bazarında innovativ texnologiyaların tətbiqi, ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində birgə həyata keçiriləcək layihələr ətrafında müzakirələr aparılıb.

Palata ilə “Visa Inc.” beynəlxalq kart təşkilatı arasında əməkdaşlıq münasibətlərinin gələcək inkişaf perspektivlərinin müzakirə olunduğu bu görüşdə tərəfləri maraqlandıran məqamlara, o cümlədən ödəniş kartları sahəsində qanunvericilik bazasında aparılacaq dəyişikliklərə, ödəniş kartı sahiblərinin əldə edəcəyi üstünlüklərə, elektron ödənişlərin stimullaşdırılması üzrə birgə layihələrin keçirilməsinə toxunulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR