2026-cı ilin sonunda inflyasiya 5.9%, 2027-ci ilin sonunda isə 4.5% olacaq.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində deyib.
"Yenə də proqnozlaşdırdığımız inflyasiya Mərkəzi Bankın hədəf diapazonundadır", – deyə AMB sədri bildirib.