Azərbaycanda bank AMB-nin tələblərini pozub

Azərbaycanda bank AMB-nin tələblərini pozub
# 28 mart 2024 15:05 (UTC +04:00)

“Azərbaycan Sənaye Bankı” Azərbaycan Mərkəzi Bankının (AMB) tələblərini pozub.

Bu barədə "APA-Economics" AMB-yə istinadən xəbər verir. Qeyd edilib ki, “Azərbaycan Sənaye Bankı” ASC tərəfindən məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində 2024-cü ilin fevral ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin edilməyib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Azərbaycan Sənaye Bankı” ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

AMB əlavə edib ki, sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR