Bank Of Baku

Azərbaycanda banklar ötən ay 303 mln. manat gəlir əldə ediblər

Azərbaycanda banklar ötən ay 303 mln. manat gəlir əldə ediblər
# 24 oktyabr 2023 17:41 (UTC +04:00)

2023-cü ilin sentyabr ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar 302.9 milyon manat faiz gəliri əldə ediblər.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.8% və ya 62.1 milyon manat çoxdur. 2022-ci ilin sentyabr ayında banklar 240.8 milyon manat faiz gəliri əldə ediblər.

Qeyd edək ki, hesabat dövründə bankların əməliyyat mənfəətləri 163.3 milyon manat, xalis mənfəətləri isə 108.7 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR