Bu ilin sentyabrın 1-nə Azərbaycanda banklardan kənarda olan nağd pulun (M0 pul aqreqatı) həcmi ilin əvvəlindən 941,3 mln. manat və ya 12,4% artaraq 8 542,7 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, son bir ayda bu göstərici 34,1 mln. manat və ya 0,4% azalsa da, son bir ildə 1 637,1 mln. manat və ya 23,7% artıb.