2025-ci ilin noyabr ayının 1-nə Azərbaycanın bank sektorunun aktivləri 56 milyard 341.8 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin noyabr ayının 1-i ilə müqayisədə 13.4% çoxdur.
Bankların aktivlərinin 29 403.9 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8.6% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 54.5%-dən 52.2%-ə enib.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri illik müqayisədə 13.7% artaraq 49 182 milyon manat olub. O cümlədən sektorun depozit portfeli 4.9% artaraq 36 062.9 milyon manata çatıb. Bunun 15 549 milyon manatı fiziki, 20 513.9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11.3%, şirkətlərin banklardakı vəsaitləri isə 0.54% artıb.
Bank sektorunun balans kapitalı isə 11.1% artaraq 7 159.9 milyon manat təşkil edib.