Bank Of Baku

Azərbaycanda bankların aktivləri 4% artıb

Azərbaycanda bankların aktivləri 4% artıb
# 24 oktyabr 2023 10:49 (UTC +04:00)

2023-cü il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45530.5 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 4.3% çoxdur.

Bankların aktivlərinin 22281.2 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 16.3% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 43.9%-dən 48,9%-ə yüksəlib.

Hesabat dövründə, bank sektorunun öhdəlikləri 3.3% artaraq 39,539.1 milyon manata, o cümlədən depozit portfeli 2.6 % artaraq 32,174.2 milyon manata çatıb. Bunun 12,418.4 milyon manatı fiziki, 19,755.8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 13% artıb, şirkətlərin banklardakı vəsaitləri isə 3% azalıb.

Bank sektorunun balans kapitalı isə 12.1% artaraq 5,991.1 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR