Bank Of Baku

Azərbaycanda bankların aktivləri 9%-dən çox artıb

Azərbaycanda bankların aktivləri 9%-dən çox artıb
# 22 avqust 2024 11:29 (UTC +04:00)

2024-cü ilin avqust ayının 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 089.3 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il avqust ayının 1-i ilə müqayisədə 9.4% çoxdur.

Bankların aktivlərinin 25,694.7 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 20.2% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 47.6%-dən 52.3%-ə yüksəlib.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri 9.8% artaraq 42,874.3 milyon manata, o cümlədən depozit portfeli 8% artaraq 34 381,3 milyon manata çatıb. Bunun 13,661 milyon manatı fiziki, 20,720.3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9.9%, şirkətlərin banklardakı vəsaitləri isə 6.7% artıb.

Bank sektorunun balans kapitalı isə 6.4% artaraq 6,215 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR